Arlem Dezir Bakıda jurnalistin vəkilinə təzyiqi pisləyib

“Azərbaycan hakimiyyətini Əfqan Muxtarlının hər-hansı ayrı-seçkiliyə yol verilmədən hüquqi yardım əldə etməsinə zəmanət verməyə çağırıram”

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir 6 saylı cəzaçəkmə müəssisəsində Azərbaycanda həbsdə olan siyasi məhbus, jurnalist Əfqan Muxtarlının maraqlarını müdafiə edən vəkil Nemət Kərimliyə təzyiq haqqında məlumatdan narahatlığını bildirib.

“Azərbaycan hakimiyyətini Əfqan Muxtarlının hər-hansı ayrı-seçkiliyə yol verilmədən hüquqi yardım əldə etməsinə zəmanət verməyə çağırıram”, deyə Dezir Tvitter-dəki mikrobloqunda yazıb.

Xatırladaq ki, sentyabrın 22-də Nemət Kərimli cəzaçəkmə müəssisəsinə girərkən və oradan çıxarkən alçaldıcı axtarışa məruz qoyulub. Vəkilin etirazlarına baxmayaraq, onu 50 dəqiqəyə yaxın qeydlərini qanunsuz olaraq tədqiq edənə qədər saxlayıblar. Bundan sonra Penitensiar Xidmət yanlış məlumat yaydığına görə Kərimlini cəzalandırmaq çağırışı ilə Vəkillər Kollegiyasına müraciət edib.

 Turan.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir