“Dərs vaxtı” verilişinin sabah üçün nəzərdə tutulan cədvəli açıqlanıb

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 13-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10-15-də VI sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 10:55-də V sinif – Azərbaycan dili, Riyaziyyat, Tarix; 11:35-də – Məktəbəhazırlıq; 11:45-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:15-də III sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:50-də II sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:15-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

Rus bölməsi üçün -14:00-da – Məktəbəhazırlıq; 14:10-da V sinif – Rus dili, Riyaziyyat; 14:30-da VI sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:05-də XI siniflərə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.

Günay Elşadqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir