İngiltərə millisinin sabiq futbolçusu yenə karantin qaydalarını pozdu

İngiltərə milli komandasının sabiq futbolçusu Pol Qaskoyn Uitbi şəhərindəki supermarketin qarşısında azarkeşlə şəkil çəkdirib.

“Report”un “Daily Mail”ə istinadən məlumatına görə, keçmiş hücumçu görüntüləndiyi vaxt fanatı qucaqlayıb. O, koronavirusa yoluxmamaqdan qorunmaq üçün lazım olan məsafəni gözləməyib. Supermarketdə isə Qaskoyn insanlarla ünsiyyətə girib.

Şahidlər bildirir ki, sabiq forvard içəridə də insanlarla əllə görüşərək qucaqlaşıb və Böyük Britaniya hökumətinin tövsiyələrinə əməl etməyib.

Qeyd edək ki, daha əvvəl Pol Qaskoyn Mançesterdəki pablardan birində olub və ziyarətçilərlə şəkil çəkdirib. Həmin vaxt Britaniyada belə iaşə müəssisələri işləyirdi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir