Deputatlığa namizəd olmuş Əzimağa İbrahimov bəyanat yaydı

Xızı rayon İH başçısının seçki prosesinə müdaxiləsi ilə bağlı MSK-ya və ölkə rəhbərliyinə müraciət olundu

44 saylı Sumqayıt-Xızı seçki dairəsinin Altıağacda yerləşən 42 saylı məntəqəsində səsvermə günü çəkilən görüntülər.
İcra başçısına yaxın olan Xızı camaatının nifrət etdiyi keçmiş insan resursları ( keçmiş ümumi şöbə müdiri Namik Quliyev və hal hazırda ərazi idarəetmə şöbəsinin məsləhətçisi Firudin adlı Xızı sakini) ixtiyarları olmadan, səlahiyyəyləri olmadan məntəqəyə adam daşıyıblar və bunlardan əlavə icra nümayəndələrinin bəzi işçiləri məntəqənin önündə dayanaraq gələnlərə Müşfiqə səs verməyə təzyiq göstəriblər. Ar olsun!!! Vətənə xəyanət edən, ölkə rəhbərliyinin islahatlarına ləkə gətirən, namuslu, qeyrətli insanların haqqlarına girən bu yalançı ”qəhrəmanları” tanıyaq. Xahiş edirəm, kimdə əlavə çəkiliş, video və şəkil varsa mənə şəxsi olaraq göndərsin. Bunları ifşa etməliyik ki, öz yerlərini bilsinlər!!!
Eyni pozuntuların bütün Xızı zonasındakı seçki məntəqələrində (29-43 saylı) təkrar olunması bütün məntəqələrin nəticələrinin ləğv edilməsi üçün əsasdır. Ləğv edilməsini MSK-dan tələb edirik!!!

Sosial şəbəkələrdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən müstəqil olaraq deputatlığa namizədliyini irəli sürmüş Əzimağa İbrahimovun bəyanatı yayılıb. Bəyanatda Əzimağa İbrahimov baş vermiş  seçki saxtakarlıqlarına etirazını bildirib,bununla bağlı MSK sədri Məzahir Pənahova və ölkə rəhbərliyinə məlumat verləcəyini qeyd edib.Deputatlığa namizəd onu da deyib ki, Xızı Rayon İH-nin başçısı Xəzər Aslanovun birbaşa müdaxiləsi seçkilərin normal məcrada keçirlməsini əngəlləyib. Bu barədə əlində xeyli audio-vdeo materalların olduğunu qeyd edən namizəd həmin materialların MSK-ya təqdim ediləcəyini söyləyib.

Əzimağa İbrahmov 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin əhatə etdyi seçki məntəqələrinin böyük əksəriyyətində faktiki olaraq qalib gəldiyini,lakin protokolların saxtalaşdırıldığını deyib. O,xüsusilə dairənin hərbi hissələrdə yerləşən məntəqələrində Xızı RİH əməkdaşlarının  Xəzər Aslanovun tapşırığı əsasında YAP təmsilçisi Müşfq Məmmədlinin xeyrinə  kampaniya aparmasının yolverilməz olduğunu önə çəkib.Bu sayaq əməllərin ölkə rəhbərliyinin elan etdiyi islahat siyasətinə daban-dabana zidd olduğunu qeyd edən Əzimağa İbrahimov deyib ki,biz gənclər bu seçkilərdə iştirak edərkən cənab Prezidentin və vitse prezidentin müvafiq dəstəyinə bel bağlamışıq.Lakin Xızının icra başçısı ölkə rəhbərinin siyasətinə zidd addımlar atmaqla cinayət əməllərinə rəvac vermiş,əslində dövlət siyasətini gözdən salan hərəkətlərə yol vermişdir.Qeyd edək ki, bu cür əməllərə görə Cinayət Məcəlləsində müvafq cəzalar nəzərdə tutulur.Ola bilsin ki,deputatlığa namizəd Əzmağa İbrahimovun və 44 saylı Seçki Dairəsindən seçkidə iştirak etmiş digər namizədlərin bu müracətləri ciddi araşdırılacaq və nəticələr ləğv ediləcək. Bundan əlavə Xızı RİH-nin başçısı Xəzər Aslanovun əməllərinə də hüquqi qiymət veriləcəyi gözlənilir.

kursiv.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir