Azərbaycanda seçki marafonu finala yaxınlaşır

Özünü buraxmış millət vəkillərindən böyük bir qrupu isə öz köhnə və vaxtı keçmiş arzularını gerçəkləşdirmək imkanından mümkün qədər istifadə etməyə çalışır

Bu adamların əksəriyyəti  əslində zamanın selablarında ilişib qalmış şəxslərdir.Ölkədə baş vermiş yeni islahat ab-havası sanki belələrinə çatmayıb.Bəzən düşünürlər ki, 3-5 il əvvəlkitək belə şəxslər istədiklərinə nail olacaqlar.Lakin,bir şeyi anlamaq bunlar üçün deyəsən, çətindir: qarşıdan gələn parlament seçkiləri tamamilə yeni bir ruhda keçiriləcək.Bunun üçün daha maliyyə imkanları və şəxsi əlaqələr önəmli deyil.Deputat seçilmək üçün ən azı gərək cəmiyyəti qane edə biləcək siyasi platforma,eynən də kreativ düşüncə və natiqlik qabliyyətinə malik olmaq lazımdır.Yenidən deputat seçilmək arzusunda olanlardan bəzilərinin belə deyək,”limiti” bitsə də,həmin şəxslər deyəsən, bu reallıqla barışmaq fikrində deyillər.Onları elə gözəl tanıyırsınız ki, heç təqdimata belə ehtiyacları yoxdur. Maraq üçün bəzilərinin dosyesini nəzərdən keçirməyə qısa da olsa, vaxt ayıraq.

Madər Musayev 10 saylı Biinəqədi üçüncü seçki dairəsi üzrə qeydə alınan namizədlərdəndir.Madər müəllm eyni dairədən 5 dəfə millət vəkili seçilmiş yeganə deputat kimi tarixə düşüb.Onun parlamentdə təmsilçilyi uzun bir zaman kəsiyni əhatə edir. Buna baxmayaraq, Madər Musayev deputat olduğu müddətdə ticarətçi və mesenat kimi də seçiclər arasında nüfuz qazana bilib.

Azərbaycan elminin “Qızıl Qartal”ı  və Roma şəhərinin kağız üzərində “Fəxri alimi” Eldar Quliyev 1993-cü ildən  Azərittifaqın sədridir.Eldar müəllim eyni zamanda Kooperasiya universitetinə rəhbərlik edir.III,IV və V çağırış Milli Məclisin deputatıdır.Eldar Quliyev iqtisadçı olsa da,natiqlik məharəti ilə diqqəti  bir o qədər cəlb edə bilməyən millət vəkillərindəndir.28 saylı Sabunçu üçüncü seçki dairəsindən dördüncü dəfə deputat seçilmək arzusundadır.

“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev üçün millət vəkili olmaq, eyni zamanda şanslı iş adamı anlamına gəlib desək, bəlkə də yanılmarıq. Ağalar Vəliyevin uzun illər təmsil olunduğu  Milli Məclisdə çıxışlarını barmaqla sayıla bilər.Mllət vəkllərinin syahısında susqunluğu ilə diqqəti cəlb edən Ağalar Vəliyev paytaxtda və regionlarda bahalı villaları və ticarət obyektləri ilə tanınır.Bundan əlavə son 15-20 ildə bir sıra tenderlərin qalibi kimi nəzəri cəlb edib.97 saylı dairədən namizədliyini irəli sürüb

Daha bir millət vəkili barədə isə bəlkə də saatlarla neqativ danışmaq olar.Söhbət Hadı Rəcəblidən gedir.Bəli-bəli, bu həmin Hadı müəllimdir ki, Şəkidə işlədiyi zamanlarda rayonda ləyənlə qızıl toplamaq mərəzinə tutulmuşdu.Şəkililərin iddia etdyi kimi, bu məqsədlə hələ bir neçə milis(polis) işçisi ayırmışdı da. Hadı Rəcəbli bəlkə də hesab edirsə ki,düz danışmırıq, şahidlərimiz var.Şəkidə qır-qızıl qalmağa qoymayan bu adamın qiymətli metala olan məhəbbəti barədə maraqlı Şəki lətifələri də danışa bilərik. Hadı müəllim yerli-yersiz şərhləri ilə seçilən bir deputat olaraq xalq arasında xüsusi  ikrahla sevilməyən millət vəkillərindəndir. Bu yazıda Hadı Rəcəblinin sınıq-salxaq məntiqlərinə ayırmağa yerimiz yoxdur.Lakin,dövlət idarəçiliyndə yer almış belə lazımsızların yenidən deputat seçilməsinə şərait yaradanları da başa düşmək olmur. Belə ki, Hadı Rəcəblinin namizədliyini irəli sürdüyü 74 saylı seçki dairəsində ona xüsusi canfəşanlıqla xidmət göstərməyə çalışan məmurlar əslndə seçki qanunlarına sayğısız yanaşmış olur.     

Rafiq Məmmədhəsənov 1993-cü ildən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin  prorektoru vəzifəsində işləyir. 1990-cı ildən bu günə qədər isə həm də Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.Maraqlıdır ki,bir neçə vəzifəni  uzun illərdir,nəzarətində saxlayan R.Məmmədhəsənov üçün deputatlıq da sanki bir məqsədə çevrilmişdi.Lakin bu dəfə professorun Milli Məclisə deputat seçilmək haqqı deyəsən, tükənmiş sayılıb. Ona tutulan iradlara gəldkdə isə söyləmək olar ki, Rafiq müəllimin yetişdirdiyi  elmi kadrların xüsusilə azlığı diqqətdən yayınmayıb. Hörmətli professorun həmkarlarının uğurlarına qısqanc yanaşması faktı da ciddi təsirsiz ötüşməyib.Hər nə olsa belə, bütün fəaliyyətini şəxsi münasibətlər üzərində qurmuş Rafiq Məmmədhəsənov qarşıdakı seçkilərdə dostlarının dəstəyinə ümid edirdi. Yaxşı ki, onun bu marağı təmsil olunduğu partiyada vaxtında aşkarlandı.Digər tərəfdən, uzun illər elm sahəsində fəaliyyət göstərmiş Rafiq Məmmədhəsənov yetişdirdiyi hər hansı kadrı ilə öyünə də bilməz.Yalnız son bir neçə il öncə bir nəfər onun elmi rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə edə bilib. Elmin inkişafında təntimiş, elmi ictmaiyyətə təsir rıçaqlarından hər hansı şəkildə əli üzülmüş professoru Tibb Universitetinin yeni rəhbərliyinin elmi işlər üzrə prorektor vəzifəsindən tərbiyə işləri üzrə prorektor vəzifəsinə keçirməsi bu baxımdan təsadüfi sayılmamalıdır.Sual  oluna bilər ki, indiyədək YAP siyahısı ilə  III  və  IV çağırış  Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Rafiq Məmmədhəsənovun ictimai-siyasi fəaliyyətində maraqlı və cəlbedici nəsə axtarıb tapmaq mümkündürmü? Əlbəttə,yox. Rafiq Məmmədhəsənov hamının tanıdığı susqun deputatlardan sayılır.Gədəbəyli həmyerliləri  onun kölgəsiz ağac simasına yaxşı bələddirlər.Məsələn, deyilənə görə, millət vəkili olduğu müddətdə Rafiq müəllim vur-tut bircə dəfə dogma yerlərə rəsmi səfər etmişdi, onda da topuğunu sındırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir