BBQ-nin Qarabağ münaqişəsinə dair yeni hesabatı

Beynəlxalq Böhran Qrupu (BBQ_  Qarabağ münaqişəsinin vəziyyəti və perspektivləri ilə bağlı yeni hesabatı açıqlayıb.

Ermənistan və Azərbaycan arasındakı danışıqlar dalana dirənsə də kompromisə getmək üçün potensial imkanlar var, “Dağlıq Qarabağda dalandan çıxış” hesabatının müəllifləri belə hesab edirlər.

2019-cu ilin əvvəlində danışıqların yeni səviyyəyə keçməsinə bəzi ümidverici əlamətlər vardı, lakin sonra vəziyyət yenidən pisləşdi.

BQQ münaqişə ilə əlaqədar üç ən kəskin və həssas məsələyə diqqət yetirir: a) Ermənistan qüvvələri tərəfindən  işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı ərazilərlə nə etməli; b) regionda potensial beynəlxalq sülhməramlı və ya müşahidə missiyası ilə; v) Qarabağın özünün son statusu ilə.

İşğal olunmuş ərazilərə gəlincə, BBQ saziş layihəsini təklif edir. Sazişə əsasən Azərbaycan beynəlxalq instansiyalarda məhkəmə iddialarının xitam verilməsinə  razı olarsa, erməni tərəfi onların məskunlaşmasını dayandırmalıdır.

“Qubadlı, eləcə də Cəbrayıl və Fizuli rayonlarının bir hissəsi, Dağlıq Qarabağdan cənub və şərqə doğru əsasən məskunlaşmayıb, bəlkə də sülh sazişi bağlamaq istəyən Yerevan tərəfindən qismən təzyiqlər səbəbindən. Belə ki, həmin saziş çərçşivəsində onları Bakının nəzarətinə qaytarmaq mümkün olardı, məlumatda deyilir. onlar Bakının nəzarəti altındadır. Torpaq sahələrinə artan tələbat de-fakto məmurların əzminin möhkəmlənməsinə  və Dağlıq Qarabağ əhalisinin həmin ərazilərə nəzarəti davam etdirməsinə səbəb olub. Hətta bir vaxtlar bu ərazilərə alver mənbəyi kimi baxanlar da indi onları saxlamaq istəyirlər”.

Sülhməramlı məsələsinə gəlincə, heç bir tərəf xarici qüvvələri cəlb etmək istəmir, baxmayaraq ki, sülh sazişi əldə edilərsə və yaranmış status-kvo pozularsa bu, lazım olacaq. Ermənilər ehtiyat edirlər ki, sülhməramlı qüvvələr onları Qarabağ və ona bitişik ərazilərə nəzarətdən məhrum edər, azərbaycanlılar isə sülhməramlıların status-kvonu möhkəmləndirə bilməsindən ehtiyat edir. Hər iki tərəf də Rusiyanın – müvafiq qüvvələrin təqdim edilməsində maraqlı ola biləcək yeganə dövlətin niyyətlinə də etibar etmirlər.

BBQ sülhün saxlanması və ATƏT-in yerlərdə müşahidə üzrə kiçik missiyasının işini bərpa etmək məqsədilə addımların hazırlanması üçün ATƏT-in Vyana Yüksək Planlaşdırma Qrupunun işinin bərpasını təklif edir. Ən çətin məsələ Dağlıq Qarabağın statusudur. Bununla bağlı  hər iki ölkə daha da barışmaz mövqe tutur. Lakin BBQ güman edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin istənilən həllinin həm azərbaycanlılar, həm də ermənilər üçün məqbul olması barədə bəyanatı, həmçinin muxtariyyət növləri ilə bağlı Bakıda bəzi kulisarxası müzakirələr nikbinlik yaradır.

BBQ-nin məlumatına görə, Bakı Qarabağın muxtariyyətini aşağıdakı çərçivələrdə görür. Yerli hakimiyyət orqanları:

– regionda özünüidarəetmə ilə bağlı Bakının fərmanlarını və ya qanunlarını rədd edə bilər;

– təhsil və mədəniyyət, səhiyyə, iqtisadiyyatın bəzi sahələrində, hüquq-mühafizə orqanlarında, poçt və digər xidmətlərdə yüksək özünüidarəetmə səviyyəsinə malik olmalıdır.

Qarabağ Azərbaycanın məhkəmə və gömrük sistemlərinə tabe olmalıdır;

– xarici ölkələrdə iqtisadi nümayəndəliklər yarada bilər;

– xarici siyasət və təhlükəsizlik siyasətinin işlənib hazırlanmasında iştirak etmək imkanları olmalıdır (bu sahələrdə Azərbaycanın siyasətinə veto qoymaq hüququ olmadan).

Bu şərtlər çətin ki ermənilərin xoşuna gəlsin. Buna baxmayaraq, “onlara savaşmaq yox, müzakirə etmək istəyi” kimi baxmaq olar. Fakt odur ki, Bakı ideyalar irəli sürür,  Dağlıq Qarabağda idarəetmə və təhlükəsizlik məsələlərinə dair müzakirələr üçün məkan yaradır. Həmin məsələlər üzrə müzakirələr irəliyə doğru böyük addım olardı, BBQ-nin hesabatında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir