Müsavat Partiyası deputatlığa namizədlərin siyahısını açıqlayıb

Dekabrın 16-da Müsavat Partiyası fevralın 9-da növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqlayıb.

Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, partiya 78 birmandatlı seçki dairəsində 81 namizəd irəli sürəcək.

“Biz bu gündən seçki kampaniyasına başlayırıq. Bu siyahı genişlənəcək”, – A.Hacılı vurğulayıb.  

Namizədlər arasında A.Hacılı ilə yanaşı Müsavat Partiyasının keçmiş lideri İsa Qəmbər, indiki sədrin müavinləri   Səxavət Soltanlı, Fərəc Kərimli, mətbuat xidmətinin rəhbəri  Mustafa Hacıbəyli, Gənclər Təşkilatının rəhbəri Elman Quliyev, partiya Məclisinin rəhbəri Nüşabə Sadıqlı və başqaları var.

A.Hacılı qeyd edib ki, partiya öz namizədlərinin olmadığı dairələrdə digər partiyaların nümayəndələrini dəstəkləyəcək.

Partiya bəzi dairələrdə iki namizəd irəli sürüb: “Bəzi dairələrdə iki namizəd irəli sürülür. Hələ bilmirik ki, bütün namizədlər qeydiyyata alınacaq ya yox. Əgər qeydiyyatdan sonra dairələrdə iki namizəd qalarsa, partiya bu və ya digər namizədin dəstəklənməsi məsələsini müəyyən edəcək”, – A.Hacılı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir